Yük daşıyanların da "bazarı bağlandı"

15-04-2020, 03:57           
Yük daşıyanların da "bazarı bağlandı"
"Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirilən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb

Nazirlər Kabineti yanında Operativ Qərərgahın Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 31 mart tarixli qərarına əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə ölkə ərazisində fəaliyyətinə icazə verilən istiqamətlərdən biri də avtomobil nəqliyyatı ilə yük daşımalarıdır.

Xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə bu sahədə dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb. Bu barədə DANX-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Qeyd edilir ki, bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru