Xalq artisti Telman Adıgözəlovun vəfatından 10 il ötür

15-04-2020, 10:56           
Xalq artisti Telman Adıgözəlovun vəfatından 10 il ötür
Bu gün aprelin 15-i, adi günlərdən biridir. Hava da bir az küləkli, bir az tutqundur.
10 il əvvəl aprelin 15-də isə hava günəşli idi. Səhər tezdən heç kəsin inanmaq istəmədiyi qara xəbər yayıldı. Xalq artisti Telman Adıgözəlov vəfat edib...
Telman Adıgözəlovun qəfil ölümü ilə sarsılanlar, onun sənətdə və həyatda nə qədər yarımçıq işlərinin olduğunu deyənlər, göz yaşı axıdan dostları, Telmanı sonsuza qədər sevəcək ailəsi, tamaşaçıları, tanışları qaldı...
Bu gün isə 2020-ci ilin 15 aprelidir. Telman Adıgözəlovun vəfatından 10 il ötür...

Ötən il Telman Adıgözəlovun məzarını oğlu Tural və balaca Telmanla ziyarət etmişdim. Fatmayı kəndinin qəbiristanlığına sığmayan işıqlı insanın son mənzili...
10 il ötsə də, Telman müəllimin işıqlı, gülərüz siması gözlərimin önündən getmir.
10 ildir Azərbaycanın teatr səhnəsi Telmansız qalıb...
Həyatda və səhnədə hər zaman yeri görünən Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.