Biləsuvarda şəhid qəbirləri təhqir edilib. Reportyor.info xəbər verir ki, rayonun Şəhidlər Xiyabanında şəhidlərin məzar daşları naməlum şəxs(lər) tərəfindən pozulub, qəbirlər dağıdılıb, bayrağımız cırılıb. Şəhid ailələri bununla bağlı video müraciət ediblər. Onlar bu cinayəti edən şəxslərin tapılaraq cəzalandırılmasını istəyiblər. Həmin kadrları təqdim edirik: