İkinci əl avtmobil almaq istəyənlərin nəzərinə: Qiymətlər ucuzlaşıb - Video

16-04-2020, 00:00           
İkinci əl avtmobil almaq istəyənlərin nəzərinə:
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində hazırda avtomobil satış bazarları və avtosalonların fəaliyyəti müvvəqqəti dayandırılıb.

Yenisabah.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Sərxan Qədirovun sözlərinə görə, bu səbəbdən maşın alqı-satqısı ilə məşğul olan şəxslər ikinci əl avtomobilləri elan saytlarında satırlar. Avtomobillərini təcili satmaq istəyənlərin çox olması isə qiymətlərin ucuzlaşmasına gətirib çıxarıb.

Sərxan Qədirov bildirib ki, digər ölkə istehsalı olan avtomobillərin qiymətində nisbətən ucuzlaşma müşahidə edilsə də, Rusiya istehsalı avtomobillərin qiyməti dəyişməz olaraq qalır. Buna səbəb isə bu avtomobillərin alınmasına təlabatın çox olmasıdır.

Ekspert tövsiyə edib ki, ikinci əl avtomobil almaq istəyənlər üçün hazırki vəziyyət daha əlverişlidir.

Xəzərxəbər.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru