Bakıda karantin mənzərələri: Avtobus çatışmır, ya sərnişin çoxdur? - Video

18-04-2020, 00:11           
Bakıda karantin mənzərələri: Avtobus çatışmır, ya sərnişin çoxdur? - Video
Karantin rejimində bir çox insan ya işə gedir, ya da SMS icazə ilə çölə çıxır. Vaxtlarının əsas hissəsini isə avtobus gözləməklə keçirirlər. Bu da öz növbəsində sıxlığa, insanların toplaşmasına səbəb olur.

Yenisabah.az xəbər verir ki, karantin rejimi başlayandan sıxlığı aradan qaldırmaq üçün mərhələli şəkildə, əvvəlcə metronun iş rejimini qısaldıldı, daha sonra tamamilə bağlanıldı. Güc düşdü şəhərdaxili avtobusların üzərinə.

Düzdür, xətlərə əlavə ekspress avtobuslar əlavə olundu, amma bu yenə də sıxlığı aradan qaldırmadı. Bəs səbəb nədir? Avtobusların azlığı, yoxsa sərnişinlərin çoxluğu?

BNA sözçüsü Mais Ağayev problemi icazə alan insanların çoxluğu ilə əlaqələndirir. Onun sözlərinə görə, təkcə ötən gün avtobuslarla 490 min sərnişin daşınıb.

Hər halda, koronavirusun əsasən insanların sıx olduğu yerlərdə daha təhlükəli olması, problemin tezliklə öz həllini tapmasını vacib edir. Əks təqdirdə tətbiq edilən karantinin nə faydası olacaq?

Baku TV-nin bununla bağlı materialını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru