Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində verildi

18-04-2020, 02:56           
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində verildi
Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib. Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunub. Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan "Evdəqal" çağırışına dəstək məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru