Vahid Əhmədov: "Evdə oturmaq və işləməmək rahatlıqdır, amma..."

18-04-2020, 11:02           
Vahid Əhmədov: "Evdə oturmaq və işləməmək rahatlıqdır, amma..."
"İqtisadiyyatı buraxmağın vaxtı çatıb, karantinin davam etməsi ölkədəki iqtisadi vəziyyətə ciddi təsir göstərə bilər".

Bunu virtualaz.org-a millət vəkili Vahid Əhmədov deyib.

Deputat eyni zamanda, karantin rejiminin tədricən yumşaldılmasının tərəfdarı olduğunu bildirib: “Dövlət başçısının son vaxtlar bir neçə dəfə bəyan etdiyi kimi, insanların sağlamlığı mühüm əhəmiyyət kəsb edir. Və bu danılmazdır. Bununla birlikdə, biz evdə uzun müddət oturub işləməməklə özümüzün lüksünü, rahatlığını təmin edə bilmərik. Dövlət, müəssisələr, kiçik və orta sahibkarlıq, elə vətəndaşların boş qalmaları da ziyan gətirir. Buna görə bizə ölkədəki iqtisadi vəziyyəti tədricən canlandırmaq lazımdır. Düşünürəm ki, bu istiqamətdə karantin rejimini tədricən yumşaldan Avropa ölkələrinin təcrübəsini izləmək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru