Mirzəbəyli əhalisini üsyana qaldırmaq sifarişini kim verib-qalmaqal

20-04-2020, 20:44           
Mirzəbəyli əhalisini üsyana qaldırmaq sifarişini kim verib-qalmaqal
Bu gün Qəbələnin Mirzəbəyli kəndində heç bir xəbərdarlıq və məhkəmə qərarı olmadan 20 – dən çox sakinin elektrik enerjisi borca görə kəsilib. Bu isə kənd sakinləri arasında ciddi etiraza səbəb olub. Sakinlər AzTimes.az- a bildiriblər ölkədə karantin rejminin tətbiq olunduğu bir vaxtda qurumun belə addım atması vətəndaşları prezidentə və hakim dairələrin üzərinə qaldırmaqdan başqa bir şey deyil. Onlar iddia edir ki, satış üzrə müdir təyin edilmiş Elvin Bagırzadə prezidentin silmiş olduğu borcları vətəndaşın məlumatsızlığindan istifadə edərək onların ayağına yazır və məcburi şəkildə əhaliyə ödətdirir. Ödənişə etiraz edənlərin isə haqsız yerə elektrikini kəsir.”Hal-hazırda işsizik. Bir çoxumuz ayrılan 190 azn müavinətdən də yararlana bilməmişik. Belə bir vaxtda bilmirik çörək dərdi çəkək, yoxsa işıq.”
Məsələ ilə bağlı “Azərişıq”-in regiona təyin edilmiş mudirinin satış uzrə muavini Ziyafət Həsənov və “Azərişıq”-ın Qəbələ uzrə Satış mudiri Elvin Bağırzadə ilə əlaqə saxlamaq istəsək də zənglərə cavab vermədilər.
“Azərişıq” ASC -nin mətbuat xidmətinin katibi Tanrıverdi Mustafayev isə məsələdən xəbərsiz olduqlarını bildirdi. O qeyd etdi ki, bununla bağlı arşdırma apararaq məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru