“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik” - DİM sədri

21-04-2020, 12:56           
“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik” - DİM sədri
“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: "Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur".

M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını biz müəyyənləşdirmirik. Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru