"KİVDF-nin fəaliyyətində cinayət xarakterli nöqsanlar olub" — Daha bir deputatdan Vüqar Səfərlinin əməlləri barədə AÇIQLAMA

21-04-2020, 15:17           
"KİVDF-nin fəaliyyətində cinayət xarakterli nöqsanlar olub" —
Xəbər veridyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamaların aparılması ilə bağlı çağırış edib.

Deputat çağırışında bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır: "Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.


Sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışmışıq.

Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bunları bildirib:


"Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində cinayət xarakterli nöqsanlar olub. Mən hələ bir neçə il əvvəl KİVDF-nin fəaliyyətindəki həmin cinayət xarakterli nöqsanlarla bağlı fikirlərimi söyləmişəm. Daha bundan sonra eyni mövzuya qayıtmaq istəmirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru