Film kimi, daha doğrusu multfilm kimi...

30-06-2020, 00:07           
Film kimi, daha doğrusu multfilm kimi...
Deməli, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı var, Mədəniyyət Nazirliyi keçən il Rusiyanin Xalq Artistlərinin biri ilə müqavilə bağlayır ki, həmin şəxs 5 ay Bakıda qalıb ansambla dərs keçəcək.
Teref.az xəbər verir ki, REAL - Respublikaçı Alternativ təşkilatının üzvü Natiq Cəfərli öz araşdırmasını bu cümlələrlə başlayır. Daha sonra Natiq bəy yazır:
Bu məqsədlə Nazirlik artistin hesabına 26 min 200 manat (aya 5240 manat) pul köçürür, qonağın rahatlığı üçün isə Bakıda 5 aylıq 7 min 200 manata (aya 1440 manat) kirayə ev tutur. Bura qədər hər şey normal görünür – xalq artistinə aya 5240 manat qonorar vermək olar, hörməyli qonağa ayı 1440 manat ev də tutmaq mümkündür. Amma, qəribəsi budur ki, nə o qonaq Bakıya gəlib, nə də elə bir treninq olub – sadəcə Mədəniyyət Nazirliyi ödənişlər edib. Xub, artistə qabaqcadan pul verəcək qədər safsınız (elə deyək), bəs heç kəsin yaşamadığı mənzilə 5 ay niyə pul ödəyirsiniz?! Gördünüz gəlmir, imtina edin də, yoxsa o mənzili 5 ay “xata” kimi işlətmisiniz?! Ay xAtakarlar...)
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.