"Koronavirus əlamətləri olan şəxslər faktiki yaşadıqları ərazilərdəki poliklinikalara müraciət etməlidirlər" - RƏSMİ

6-07-2020, 15:23           
"Koronavirus əlamətləri olan şəxslər faktiki yaşadıqları ərazilərdəki poliklinikalara müraciət etməlidirlər" - RƏSMİ
Hansısa şəhər və rayonda qeydiyyatda olub, ancaq Bakıda yaşayan şəxslərin hansı poliklinikaya müraciət etmələri ilə bağlı məsələyə aydınlıq gətirilib.

COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov APA-ya açıqlamasında bildirib ki, başqa şəhər və rayonlarda qeydiyyatda olan, lakin Bakı şəhərinin ərazisində yaşayan vətəndaşlar faktiki yaşayış yeri üzrə müvafiq ambulator poliklinik müəssisəyə müraciət edə bilərlər.

Onun sözlərinə görə, həmin ambulator poliklinik müəssisə tərəfindən müraciət edən şəxsə müvafiq tədbirlərin görülməsi üçün müvəqqəti ambulator kart açılır. Həmin vətəndaşın müraciəti bu poliklinikanın ərazisində yaşayan digər vətəndaşlardan heç bir halda fərqlənmir.

N.Seyidov qeyd edib ki, əgər vətəndaşda koronavirusun əlamətləri varsa, eyni zamanda koronaviruslu xəstə ilə təmasda olubsa, bununla bağlı yaşadığı ərazidəki poliklinikaya müraciət etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru