İş adamından təqdirəlayiq ADDIM: - şəhid generalın ailəsinə mənzil hədiyyə etdi

16-07-2020, 08:40           
İş adamından təqdirəlayiq ADDIM: -
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov bu gün Üçüncü Fəxri Xiyabanda böyük izdihamla dəfn olunub.
"Vətən Oğulları" Cəmiyyətindən Bizimxeber.az -a daxil olan məlumata görə, adını çəkilməsini istəməyən iş adamlarından biri şəhid generalın ailəsinə mənzil hədiyyə edib.
Bu gün mənzilin açarı və sənədləri şəhidin ailəsinə təqdim olunub. İş adamı həmçinin mənzilin təmiri xərclərini də öz üzərinə götürüb.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov və bir neçə hərbçimiz qəhrəmancasına şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru