Energetika Nazirliyi LƏĞV OLUNUR, Pərviz Şahbazov XİN-ə başçı gətirilir - Daha bir İDDİA

16-07-2020, 12:57           
Energetika Nazirliyi LƏĞV OLUNUR, Pərviz Şahbazov XİN-ə başçı gətirilir
Elmar Məmmədyarov istefa verib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.

Əldə etdiyimiz məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir. Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.

Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir.

Ovqat.com-un məlumatına görə, yeni nazir kimi iki namizədin adı çəkilir: Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov. Pərviz müəllimin daha şanslı olduğu xəbər verilir.

DİA.AZ-a daxil olan məlumatda isə deyilir ki, Energetika Nazirliyinin ümumiyyətlə ləğv olunaraq "Azenerji"yə birləşdirilməsi və nazir Pərviz Şahbazovun da XİN-ə başçı gətiriləcəyi gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru