Azərbaycanlı həkimə qarşı iyrənc addım: Ərinin yanında… – FOTO
19-07-2020, 07:58

Tanınmış Cərrah-Koloproktoloq Türkan Gündüzə həyat yoldaşının yanında nalayiq hərəkətlər edilib.
Teref.AZ Hokm.az-a istinadən xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində paylaşım edib.
O, iddia edib ki, hələlik adı məlum olmayan şəxs ona qarşı əxlaqa zidd olmayan hərəkətlər edib.
“Bir cavan oğlan mənə göz-qaş atmağa başladı. Anası bacısı bəlli olmayan məxluqu siz də yaxşı tanıyın. Badamdartda yerləşən polis idarəsinə sənəd aparmışdım. Ora, maşının sənədləri ilə əlaqədar getmişdim.Yoldaşımın yanında göz qaş atan və bizi şantaj edən adamı yaxşı tanıyın. Ailənizi belələrindən qoruyun. Yoldaşımı kənara çəkib əl qaldırmaması üçün onu çəkməyi qərara aldım. Həmin şəxs əlimdə telefonu görüb az da olsa özünü toparlamağa çalışdı. Videonun sonuna diqqət edin.
Üzüldüyüm tərəf də budur ki, belə xoşagəlməz hadisə dövlətimizin binasında olur və heç bir müdaxilə olunmur!!! Batandartda maşın sənədlərini alarkən və yanımızda yoldaşımız olduğu halıda polisdən bu şəxs haqda melumat istədik. Ad vermədilər və şikayetimizi bildirməyimiz üçün. Özündən də soruşduq qorxusundan demədi. Ona görə paylaşıram ki, yaxşı tanıyın, bu şərəfsizlərin etdiyi hərəkətinə diqqət edin. Əfsuslar olsun ki, millətin içində qadına yoldaşının yanında elə hərəkət edən belə qansızlar var. Amma polis bunun tərəfini saxladı. Anlamadıq kimin adamıdır. Şəxsi tanıyanlar ad və soyadını desə sevinərik. Artıq Daxili İşlər naziri cənab Vilayət Eyvazova da bu barədə məktub ünvanlamışam. Düşünürəm ki, haqq ədalət öz yerini tapacaq”, – deyə tanınmış cərrah bildirib.
Teref.az



