Lisenziyası ləğv olunan şirkətdən əcaib açıqlama

21-07-2020, 11:38           
Lisenziyası ləğv olunan şirkətdən əcaib açıqlama
Bakı sakini Nailə Əliyeva üzləşdiyi əcaib bir problemlə bağlı sosial şəbəkədə narahatçılığını paylaşıb. DİA.AZ narazı vətəndaşın yazdıqlarını təqdim edir:

"Şikayətim "Standard" sığorta şirkətindəndir. Deməli, iyul ayının 17-də Topçubaşov küçəsində maşınla qəza olub. Qəza yaradan şəxsin sığortası "Standard Sığorta" olduğundan onlara müraciət olundu. Hadisə yerinə gəldilər və maşının şəklini çəkib getdilər.

Amma indi deyirlər ki, biz artıq fəaliyyət göstərmirik və hal-hazırda heç bir məbləğ ödəyə bilməyəcəyik: "Gələcəkdə lisenziya alsaq, onda 1-2 ilə siyanınızı qarşılayarıq".

Çarəsiz durumda qalmışıq və sığorta şirkətinin müştəriyə belə cavab verməsi nə dərəcədə düzgündür?"

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də fikrini öyrənməyə çalışacağıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru