Karantin qaydaları «Standard İnsurance»in - müflis olmasını ləngidib

23-07-2020, 09:56           
Karantin qaydaları «Standard İnsurance»in - müflis olmasını ləngidib
Koronavirus pandemiyası və sərt karantin tədbirləri ASC «Standard İnsurance» Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı məhkəmə baxışın təxirə salınmasına səbəb olub.

Bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.
Xatırladaq ki, AMB İdarə Heyətinin 19 may 2020-ci il tarixli qərarı «Standard İnsurance» Sığorta Şirkətinin sığorta fəaliyyəti üçün lisenziyası ləğv edilib və AMB şirkətin iflas prosedurunun başlanılması üçün məhkəməyə müraciət edib.

«Standard İnsurance»ın müflis elan olunması ilə bağlı 2020-ci il iyulun 6-da keçirilməsi nəzərdə tutulmuş məhkəmə baxışı xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Məhkəmə baxışı 29 iyul 2020-ci il saat 15.00-da Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində keçiriləcək. //FED.AZ//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru