"Beynəlxalq Bank"dan narazılıqlar artır... - Daha bir giley...

6-08-2020, 09:23           
"Beynəlxalq Bank"dan narazılıqlar artır... -
Keçmiş sədri həbsdə olan Azərbaycan Beynəlxalq Bankı-ndan narazılıqlar durmadan artdığından belə bir qənaət formalaşmaqdadır ki, bu bank üçün müştəri məmnuniyyəti yox, köhnədən qalan zərərli prinsiplər hələ da prioritet iş prinsipi olaraq qəbul edilməkdədir. DİA.AZ bildirir ki, təkcə son bir ay ərzində redaksiyamıza 10-a yaxın sözügedən bankdan şikayət daxil olub.

Dia.az olaraq bu vətəndaş gileylərindən növbətisini təqdim edirik. Beləliklə, şikayətçi N.Zeynalova yazır:


"Şikayətim Azərbaycan Beynəlxalq Bankı-ndandır. Balansımdan qanunsuz olaraq pul çıxılıb, amma nə "Azericard", nə də bank işçiləri bu əməliyyatı görmür.
Lakin İBA MOBILE tətbiqində əməliyyat əks olunub.
Etdiyim ödəniş 2 dəfə əks olunur, ancaq araşdırma zamanı bəlli oldu ki 2-ci dəfəki ödəniş nə qarşı tərəfə çatıb, nə də ki Azərbaycan Beynəlxalq Bankı, Azericard bu ödənişi görür.

Belə bir hal düz 1 il bundan əvvəl də baş vermişdi, böyük məbləğ ilə... Baş ofisə şikayətim düz 42 gün cavabsız qaldığından sonradan Bank Ombudsmanına müraciət etmişdim, 1 gün ərzində pul qayıtdı.

Nə qədər olar axı bu maxinasiyaları etmək?! Artıq bezdirmisiz bizləri!!!"

Dia.az olaraq vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru