Cərimələr sərtləşdirilə bilər- Nazir müavini

9-08-2020, 00:01           
Cərimələr sərtləşdirilə bilər-
Hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır: “Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmasa, hökumət yenidən qaydalara baxmalı olacaq. Əlbəttəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir”.

Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə də bağlı müzakirələr aparılır. Yalnız məbləğ cəriməsi formasında deyil, digər istiqamətlər üzrə də müzakirlər aparılır: “Əsas tələb odur ki, müəyyən olunmuş qaydalar tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru