AVİS apteklərində vitamin adi apteklərdən 3 dəfə bahadır - İTTİHAM
14-08-2020, 00:04
Teref.az yazır ki, Ayten Qurbanova Saadeti adlı vətəndaş AVİS aptekindən şikayətçidir. Ayten Qurbanova Saadeti yazır:
"Şikayətim Avis aptekindəndir. Həkim Biotin 5000 vitamin kompleksi yazdı. Karantinin sərt vaxtları idi, Bakıda və Sumqayıtda bir çox aptekdən soruşduq, daha doğrusu, zənglə maraqlandıq. Gəlmir daha, deyildi. Axır ki, Avis-ə zəng etdik: bizdə bütün dərmanlar var, sizin axtardığınız da 67 manatdır. Düzü qiymət məni şok etdi, çünki həkim yazanda demişdi ki, elə də bahalı vitamin deyil. Vəəəə. Başqa bir aptekdən təsadüf nəticəsində 23,60 AZN-ə tapdıq. Bu nədir belə? Eyni dərman arasında bu qədər də fərq olarmı?" Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq! Teref.az