Deputata müraciət edən 20 nəfər öz işlərinə bərpa edildillər

17-08-2020, 22:45           
Deputata müraciət edən 20 nəfər öz işlərinə bərpa edildillər
Bir müddət öncə Bakı Nəqliyyat Agentliyindən işdən çıxarılan 20 vətəndaş deputat Razi Nurullayevə müraciət edərək haqqsızlığa uğradıqlarını bildirmişdilər. Deputat da məsələnin araşdırlılması üçün BNA-nin rəhbəri Vüsal Kərimliyə müraciət etmişdi. Bu gün artıq həmin 20 nəfər öz işlərinə bərpa ediliblər.

Bununla bağlı Razi Nurullayev özü məlumat verib:

"Yadınızdadırsa, Bakı Nəqliyyat Agentliyinin 20 nəfəri işdən çıxarması ilə bağlı mənə müraciət edildiyini yazmışdım. BNA-nin rəhbəri hörmətli Vüsal Kərimli ilə müzakirə etdiyimi də demişdim. Son günlər başım bərk qarışıq olub deyə paylaşmağı unutmuşam. Artıq 20 nəfərin həyacan və probleminə son qoyulub. Onlar işlərinə bərpa ediliblər və mənə təşəkkür də ediblər".

Deputat BNA rəhbərliyinə təşəkkür edib:

"Mən də müraciətimə müsbət yanaşan BNA rəhbərliyinə təşəkkürümü bildirirəm. 20 nəfərin sevinc hisslərinə şərik olmaq nə böyük xoşbəxtlikdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru