Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır –Nazirlik

17-08-2020, 23:01           
Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır –Nazirlik
Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır:

“İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır”.

V.Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrinin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır:

“Ali təhsillə bağlı virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru