Baş infeksionistdən Təhsil Nazirliyinin şöbə müdirinə cavab: - “İnanmıram ki, bir aydan sonra onun dediyi fikrə gəlib çıxaq”

18-08-2020, 12:36           
Baş infeksionistdən Təhsil Nazirliyinin şöbə müdirinə cavab: -
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məktəblərin açılması ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Nazirlik rəsmisi bildirib ki, qarşıdakı bir aydan az müddətdə yoluxmanı müəyyən həddə qədər azaltmaq mümkün olsa, məktəblər adi qaydada fəaliyyət göstərəcək. “Əks halda yox. Yekunda bunu Operativ Qərargah müəyyən edəcək”,- deyə o əlavə edib.

Maraqlıdır, nazirlik rəsmisi yoluxmanın müəyyən həddi dedikdə konkret hansı sayı nəzərdə tutur?

Məsələ ilə bağlı Cebhe.info danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev nazirlik rəsmisinin açıqlamasından doğan sualı bu şəkildə cavablandırıb:

“Bunu mən deyə bilmərəm. O fikri söyləyən xanımdan soruşun. Mən ki, elə fikir söyləməmişəm. Ölkənin baş infeksionisti Təhsil Nazirliyinin söylədiyi fikrə fikir söyləyə bilməz. O, hansı həddi nəzərdə tutur, mən bilmirəm. Son gündəlik yoluxma 123 nəfərdir. Yoluxma tək-tək olmalıdır ki, məktəblər açılsın”.

Baş infeksionist hesab edir ki, kütləvi toplaşma məkanı olan məktəblərin açılması çox təhlükəlidir: “Bu işdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Kütləvi toplaşım yeridir. Maskadan istifadə bəzən pozula bilər. Uşaqların bir-biri ilə ara məsafəsi saxlaması qeyri-mümkündür. Bir sinfə 25-30 nəfər şagird toplaşır. Bütün ölkələrdə bu məsələyə fərdi xüsusiyyətlərini nəzərə alıb yanaşırlar. Biz də öz milli xüsusiyyətlərimizi nəzərə alıb bu məsələyə fərdi yanaşmalıyıq. Bu işdə Təhsil və Səhiyyə nazirlikləri, TƏBİB, eləcə də Operativ Qərargah işləyir. Şəxsi fikrim ondan ibarətdir ki, distant təhsil keyfiyyətli deyil. Amma məcburuq, nə edək? Xanım deyir ki, bir aydan sonra yoluxma azalsa... Mən inanmıram ki, bir aydan sonra vəziyyət bu cür düzəlsin və onun dediyi fikrə gəlib çıxaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru