1 milyon manatdan çox vergi borcu olan şirkət Nazirlikdən 3 milyon manatlıq sifariş aldı - İLGİNC

18-08-2020, 19:58           
1 milyon manatdan çox vergi borcu olan şirkət Nazirlikdən 3 milyon manatlıq sifariş aldı - İLGİNC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Teref.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 2 milyon 754 min 140 min manatdır.

“Caspel” şirkəti 2005-ci ildə təsis edilib. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştəriləridir. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.

Onu da qeyd edək ki, “Caspel” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir. Bu şirkətin 1 milyon 367 min 488 manat vergi borcu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru