Daha bir pozuntu: 600 minlik vergi borcu olan şirkət tenderin qalibi oldu

25-08-2020, 00:00           
Daha bir pozuntu: 600 minlik vergi borcu olan şirkət tenderin qalibi oldu
"Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" lift xidməti üzrə keçdirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb.

Teref.az MediaPost-a istinadən xəbər verir ki, 5400 manatlıq müqavilənin qalibi "Harmony İndustrial Construstion and Engineering Group” MMC olub. Şirkətlə müqavilə avqustun 22-də bağlanıb və xidmət ilin sonuna qədər göstəriləcək.

Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən "MediaPost”a bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 597 min 589 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru