Nazirlik əməkdaşı vətəndaşı dolayıb: Sahil Babayev hara baxır? - QALMAQAL

25-08-2020, 15:25           
Nazirlik əməkdaşı vətəndaşı dolayıb: Sahil Babayev hara baxır? - QALMAQAL
Nazirlik əməkdaşı vətəndaşı dolayıb: Sahil Babayev hara baxır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində daha bir şikayət redaksiyamıza göndərilib. Təbriz Yusubov adlı oxucu Avtosfer.az-a məlumat verərək bildirib ki, ƏƏSMN-də ona qarşı daha bir qanunsuzluq olub.
Bir müddət öncə prezidentin və nazirin adına yazdığı ərizələrin it-bat olması ilə bağlı məlumat dərc edildikdən sonra nazirlik tərədindən T.Yusubova zəng olunaraq məsələnin araşdırılacağı qeyd olunub. Məsələ ictimailəşəndən sonra 3 ay əvvəl yazılmış ərizələr dərhal tapıldı və aidiyyəti üzrə "Məşğulluq Mərkəzi"nə göndərildi. Həmin vaxt nazirliyin əməkdaşı Zeynalova Aygün vətəndaşa bildirib ki, məktubun təcili araşdılırıb cavablandırılması üçün dərkənar qoyulub.
Bu cavabdan bir müddət sonra T.Yusubov Məşğulluq Mərkəzinə zəng edərək ərizəyə cavab verilməsini tələb edən zaman, onlar dərkənarın qoyulmadığını bildirib. Bundan sonra o, yenidən nazirliyə zəng edərək Zeynalova Aygün adlı əməkdaş tərəfindən məktuba dərkənar qoyulması ilə bağlı verilən məlumatı bildirsə də, nazirlik bunu təkzib edib.

Bütün səs yazıları video şəklində sizə təqdim edilir.

Ümid edirik ki, bu məlumatdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barədə ciddi tədbirlər görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru