Bağça müdiri yaşıllığa olmazın ziyan vurdu - FOTOFAKT

25-08-2020, 17:19           
Bağça müdiri yaşıllığa olmazın ziyan vurdu - FOTOFAKT
Sonxeber.az-a Ağcabədi rayon Biləğan kəndinin bağça müdüri Hüseynova Yaqut Zakir qızı ilə bağlı şikayət daxil olub. Şikayətdə bildirilir ki, bağça müdiri dövlət uşaq bağçasının həyətindəki bütün ağacları kəsdirərək, yeşik düzəldən sexə pulla satıb. Məsələ ilə bağlı araşdırma aparmaq üçün sözügedən rayonun bağça müdiri Yaqut Hüseynova ilə əlaqə saxladıq. Yaqut xanım açıqlamasında xəbəri təkzib edərək ağacların deyil, bir ədəd ağacın kəsildiyini bildirib:

"Xeyr, yalan sözdü, satmamışam. Uşaq bağçasının həyətinin yaxınlığında 10 min voltluq "tok"-un altında kökü çürümüş bir dənə ağac var idi. Arxın dibində olan həmin ağacı təhlükəsizlik üçün kəsmişik, digər ağacları hərbçilər səngərdə istifadə etmək üçün kəsiblər. Hərbçilərin ağacları kəsməyindən istifadə edib biz də həmin ağacı təhlükəsizlik üçün kəsdik. Düşündük ki, qarşıdan sentyabr ayı gəlir, iş başlaya bilər". Qeyd edək ki, redaksiyamıza həmin ağacların kəsildiyini əks etdirən fotolar fotofakt kimi göndərilib.

Şəlalə Babayeva


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.