Əbülfəs Qarayevin Sabirabaddakı adamı "gül vurur"... - ŞİKAYƏT VAR

22-01-2016, 21:03           
Əbülfəs Qarayevin Sabirabaddakı adamı "gül vurur"... - ŞİKAYƏT VAR
Sabirabadda mədəniyyət sahəsi iflic olub. Nə mədəniyyət evləri, nə klublar, nə də ki kitabxanalar yox dərəcəsindədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Daha sonra məlumatda qeyd olunur: “İşçilərdə işə gəlmir. Deyirlər ki, aylıq maaşımızdan hər ay 30 manat Əhmədə veririk, üstəlik xadimələrində əvəzinə işləyirik. Mədəniyyət evlərində, kitabxanalarda xadimələr formaldır. Adı Kürkəndi kitabxanasının xadiməsi yazılan Əhmədin yaxın qohumudur.

Bunun kimi, kitabxanada, klubda işləyənlərin ya ailə üzvləri, ya da yaxın qohumları xadimə kimi adı yazılıb. Onların maaşı Əhmədə çatır”.

Daha sonra dia.az-a yazan mənbə bildirir: “Əməd Ramazanov Suqovuşan kəndindəndir. Kənddə onun çörək müəssisəsində bişirilən 30 qəpiklik çörəklərin çəkisi 380 uzağı 400 qram olur. Cammat ciddi narazılıq edir. Harınlığın, özbaşınalığın dərəcəsinə baxın ki, kollektoru doldurub, üstündə kafe tikdirib.

Son 4-5 ayda heç kimi vecinə almır. Prezident aparatından rayona kurator tətin edilən İbrahim Mustafayev onun yaxın qohumudur. İbrahim də rayona ancaq onun “Prado”sunda gəlir, çax-çuxunu edib onunla da qayıdır”.

Dia.az-a müraciətinin sonunda Sabirabad sakini bildirir: “Prezidentimiz də korupsiyyaya qarşı mübarizə aparır. Amma maləsəf ki, Prezident Administrasiyasının işçisi olan İbrahim Mustafayev isə Əhməd Ramazanovla əlbir olub xadimələrin maaşına göz dikir. Bizə kömək edin”.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.