Taksi sürücüləri ilə bağlı YENİ XƏBƏR

21-10-2020, 23:01           
Taksi sürücüləri ilə bağlı YENİ XƏBƏR
Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 1019 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sahəni tənzimləyən bir sıra Qərarları ilə müəyyən edilmiş sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vaistələrinə dair tələblərdə, həmçinin sərnişin daşıyan sürücülərə dair tələblərdə bir sıra dəyişikliklər edib.



Pravda.az-ın məlumatına görə, dəyişikliyə əsasən, taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığının Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilməsi və keçirilməsi;



-Hər bir sərnişin daşıyan avtonəqliyyat vasitəsi “dərman qutusu” deyil “ilk tibbi yardım qutusu” ilə təchiz olunmalıdır.



-beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməsi tələbi aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru