"Sərt karantin rejiminə keçməliyik" – Həkim

22-10-2020, 17:03           
"Sərt karantin rejiminə keçməliyik" – Həkim
825 yoluxma hazırkı nəticədir. Qarşıdakı günlərdə virusa yoluxma statistikası 1000-ə qədər yüksələcək və virus sönməyə başlayacaq.
Bu fikirləri tibb professoru Ədalət Rüstəm deyib.

Onun fikrincə, virusa yoluxma hallarının artmasında başlıca səbəbkar vətəndaşlardır:

“Müharibə dövrü virusla mübarizəmizə təsir göstərir. Vətəndaşlar hərbi məntəqələrin qarşısına toplaşır, xəstə yanına gedirlər. Zəfər qazanmağımız üçün canından keçən şəhidlərimiz var ki, onların dəfn mərasimləri təşkil olunur. Maska taxmamağın, sosial məsafə gözləməməyin nəticəsi statistikada əksini tapır.

Düşünürəm ki, qaydalar sərtləşdirilməlidir. Yenidən aprel ayında tətbiq olunan sərt karantin rejiminə keçid etmək lazımdır. Bununla yanaşı, cərimələrin miqdarını artırmağa, nəzarəti gücləndirməyə ehtiyac var. Yalnız bu halda vəziyyəti nəzarət altına ala bilərik. Çünki peyvəndin təsdiqlənməsi yaxın iki-üç il ərzində gözlənilmir”.Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru