Peyvəndlərin pulsuz vurulacağı qruplar - SİYAHI

22-10-2020, 17:06           
Peyvəndlərin pulsuz vurulacağı qruplar - SİYAHI
Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.



Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.



O bildirib ki, qriplə COVİD-19 virusunun simptomları bəznər olsa da onları bir-birindən fərqləndirən kiçik nüanslar var:



“Dozasına görə, vaksinlərin həm keyfiyyəti, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru