“Maskanı belə gəzdirmək yoluxmaya səbəb olur”

23-10-2020, 20:57           
“Maskanı belə gəzdirmək yoluxmaya səbəb olur”
“Bəzi insanlar maska taxmağı maska gəzdirmək xətrinə edirlər. Hamı bilməlidir ki, maskanı belə gəzdirmək əslində yoluxmaya səbəb olur”

KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, maska həm burunu, həm ağızı örtməlidir. Tənəffüs yolları mütləq örtülməlidir:

“Maska tənəffüs yollarını qoruyan bir vasitədir. Hazırda müharibə gedir. Qələbə gününü tam səbirsizliklə gözləyirik. Hamımız çalışmalıyıq ki, yoluxma artmasın. Yoluxma artanda səhiyyə sistemimiz yüklənir. Bu günlərdə xəstəxanalar müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır. Artıq qorunma vasitələrinə əməl etmək vətənpərvər hisslərimizin bir hissəsi olmalıdır. Hər kəs özünü qorusa, səhiyyə sistemimizə kömək etmiş olarıq”.

A. Qurbanov qeyd edib ki, bizdən asılı olmayan bəzi səbəblər də var: “Bu fəsil bütün respirator, qrip və qripə bənzər xəstəliklərin aktivləşməsi vaxtıdır. Nə üçün kəskin artdı? Çünki psixoloji cəhətdən koronavirusu nəzərimizdən qaçırtdıq. Müharibə xəbərləri virusu ikinci plana keçirtdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru