Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib

5-11-2020, 09:40           
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rele avadanlıqlarının alınması (1), təmizlik işləri üçün təsərüffat mallarının alınması (2), eləcə də inzibati binasında və struktur bölmələrində cari təmir-tikinti işlərinin aparılması (3) üçün elan etdiyi açıq tenderlərin nəticələri ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən qəbul edilib.

Xatırladaq ki, sözügedən tenderlərdə müvafiq olaraq "Compusale Technologies", "İntellekt M.A" və "SLB Construction" MMC-lər qalib elan olunub. Onlarla müvafiq olaraq 86,9 min manat, 49,5 min manat və 312,5 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru