Qarabağ qazisindən dövlət başçısına müraciət: - “Evimə un ala bilmirəm”
27-01-2016, 16:05
Şəki sakini Mehdi Səmədov qonşusuna zamin durduğu bankdan narazıdır.
Qarabağ qazisi olan Mehdi Səmədov qeyd edib ki, 2014-cü ildə həmkəndlisi Həzi Qəribov “Unibank”dan 1200 manat civarında kredit götürüb və bu zaman o, zamin durub: “Devalvasiyadan bir müddət sonra kəndçim borcunu ödəyə bilmədi. “Unibank” bu pulu mənim 45 manatlıq təqaüdümdən tutur. Təqaüdümün 50 faizini bank tutur. İki körpə uşağım var, həkiminə pul çatdıra bilmirəm. Özüm xəstəyəm. Heç o 45 manata ailəmi dolandıra bilmirdim, indi vəziyyət daha acınacaqlıdır. Şəki Məhkəməsində icra məmuruna vəziyyətimi izah edirəm, heç bir xeyri yoxdur. Dörd aydır ki, təqaüdümdən pul tuturlar. Özüm də işləmirəm. Əlacım dövlət başçısınadır. Müraciət edəcəm, bəlkə köməkliyi oldu. Neçə gündür ki, evə un belə, ala bilmirəm. Çox dəhşətli vəziyyətdir”