Bu il ərzində hansı qazanca və nemətə şükür edirsiniz.

26-11-2020, 09:59           
Bu il ərzində hansı qazanca və nemətə şükür edirsiniz.
1789-cu ildən başlayaraq hər il noyabr ayının sonuncu cümə axşamı ABŞ-da Şükran günü kimi bayram edilir. 2020-ci ildə bugün qeyd edilən bu bayram süfrəsini adəti üzrə hind quşu və şirniyyat bəzəyir.
Şükran bayramının daha bir ənənəsi alış-verişdir. Sabah “Qara cümə” günü isə bayram alış-verişi üçün endirimlər edilir. Pandemiyanın mövcudluğuna görə, bu il əasən on-line alışlar olacaq.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Bayram günündə adətən ailə üzvləri bir yerə toplanar və onlar yola saldıqları il ərzində qazanclara və nemətlərə şükür edərlər. Bu bayramın təməlində şükr-minnətdarlıq, firavanlıq və rifah durur.
Mən də şükür edirəm ki, bu il bugünə qədər Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavəndin bir hissəsi, Ağdam və Kəlbəcər işğaldan azad edilib. Davamlı gəlsin, bütün Qarabağ Azərbaycanın olsun!
P.S. Gəlin bayramlaşaq, buyurun, siz də şərh bölməsində yazın görək, bu il ərzində hansı qazanca və nemətə şükür edirsiniz.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru