Bağlanan bankda bir nəfərin 40 milyonu qalıb - İlginc
1-02-2016, 12:25
Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. Lent.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib. ATV telekanalının "İqtisadi zona" verilişinə müsahibə verən A.Cavadov həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.
Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.