Yerli "istehsal"ımız “NAZ-Lifan”: "Çinə gedirik..."

1-02-2016, 14:27           

Prezident İlham Əliyevin yerli istehsalın artırılması ilə bağlı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobilləri almalarını tövsiyə etməsindən sonra müraciətlərin sayında artım olduğunu deyən direktor Musa Abdullayev Modern.az saytına konkret 3 şirkətə avtomobil satdıqlarını bildirib:

“Təkliflər çoxdur, amma bunu reallaşdıranlar da olub. Bunlar Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dur. Bu 3 şirkətin əldə etdiyi avtomobillər bizim 5 aya satdığımız avtomobillərin sayına bərabərdir. Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk”.

M.Abdullayev deyib ki, həmin şirkətlərə satılan avtomobillər hələlik iki markadır:

“Bunlar əlimizdə olan “Lifan Jeep” və “Lifan 720” avtomobilləridir. Bütün sifarişləri də qəbul edirik.

Hazırda Çində Yeni il bayramı qeyd olunur. Buna görə də durğunluq var. Biz planlaşdırırıq ki, fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edək. Görüş zamanı əsasən qiymətlərin aşağı salınması nəzərdə tutulub. Biz istəyirik ki, ürəyindən keçən hər kəs bu avtomobili sürə bilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.