Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq - Əsassız məlumat verdikləri üçün...

16-12-2020, 08:52           
Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq - Əsassız məlumat verdikləri üçün...
Rusiya KİV-nin yaydığı məlumata görə, 44 günlük müharibədə Azərbaycanın nəzarət altına aldığı ərazilərdə neft və qaz ehtiyatları barədə informasiya təhrif olunub.

Milli Elmlər Akademiyasından bildiriblər ki, «akademiya prezidentinə qeyri-dəqiq informasiya verdiklərinə» görə, əməkdaşlar cəzalandırılacaqlar.

«Neft-Kimya Prosesləri İnstitutu və Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun məlumatı əsasında dekabrın 11-də akademiyanın rəyasət heyətinin iclasında sözügedən ərazilərdə neft ehtiyatları 200 milyon ton, qaz ehtiyatı isə 250 milyard kubmetr elan olunub. Sonra bu informasiya Milli Elmlər Akademiyasının rəsmi saytında yerləşdirilib və KİV-lər tərəfindən dərc olunub. Bu rəqəmlər ictimaiyyətə məlum olandan sonra, departamentdən ətraflı elmi və statistik arayış istənilib. Elə o zaman da məlum olub ki, həmin informasiya təhrif edilibmiş» - akademiyanın bəyanatında deyilir.

Bakıda dəqiqləşdiriblər ki, akademiyanın prezidenti Ramiz Mehdiyev məsulyyətsizliyə yol vermiş əməkdaşlar barədə «uyğun tədbir» görülməsi tapşırığını verib. Beləliklə, güman etmək olar ki, bu «akademik yanlışa» görə, böyük ehtimalla, günahsız elmi işçilər məsuliyyətə cəlb olunacalar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru