Şəhidin adına olan mağazanı kimlər zəpt edib? - PREZİDENTƏ MÜRACİƏT

21-12-2020, 08:11           
Şəhidin adına olan mağazanı kimlər zəpt edib? -
Goranboy Rayon Qızılhacılı qəsəbəsində yaşayan şəhid anası Nəzərova Frodya Məhəmməd qızı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti GundemXeber.Az saytında dərc edilməsini xahiş edib. Həmin müraciəti çoxsaylı oxucularımızın diqqətinə olduğu kimi təqdim edirik: "Hörmətli Prezident! Şəhid anası olaraq müraciət edib bildirirəm ki, Siz daim şəhid ailələrini diqqət mərkəzində saxlamısınız. Daim çıxışlarınızda şəhid ailələri eləcədə şəhid övladlarına hörmət olunmasını qeyd etmisiniz. Bu çıxışlarınızı ancaq Goranboy rayonunda yerinə yetirən yoxdur. Sizin çıxışlarınızdakı qeydlərinizin Goranboy rayonundakı məmurlara deyəsən təsiri olmur. belə ki oğlum Nazarov Mehman Vəliyəddin oğlu 1992 ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. 1992 ci ilin noyabr ayında oğlumun adının əbədiləşdirilməsi üçün Goranboy rayonu Qızılhacılı qəsəbəsindəki Musiqi Məktəbinə adı verilmiş, bundan əlavə olaraq şəhid ailəsi kimi bizə dolanmaq məqsədi ilə oğlumun adına 50 kv.m-lik mağaza üşün torpaq sahəsi ayrılmışdır. Şəhid anası olaraq öz qardaşımın dolanması üçün bu tikilmiş hazır mağazanı müvəqqəti olaraq hal-hazırda dünyasını dəyişmiş qardaşıma istifadə üçün verdim. Artıq 4 ildir ki qardaşım dünyasını dəyişib. Şəhid oğlumun adına olan mağazanı özümüz işlətmək məqsədi ilə geri tələb etsək də ala bilmirik. Belə ki, dünyasını dəyişmiş qardaşımın oğlu bu mağazanı sənədsiz olaraq başqa bir şəxsə icarəyə vermişdir və bu şəxslərdə şəhid adına olan bu mağazadan hal hazırda istifadə edir. Bu şəxslərin çıxarılması üçün müraciət etmədiyimiz orqan və təşkilat qalmayıb. Goranboy rayonunda bizə kömək edən yoxdur. Sanki Goranboy rayon Hüquq Mühafizə Orqanları bu şəxslərdən qorxurlar. Əgər belə olmasaydı ŞƏHİD anası olaraq mənim səsimə səs verilərdi və qanunsuz olaraq zəbt olunan şəhid oğlumun adına olan mağazam alınıb mənə qaytarılardı.Bilmirik kimə müraciət edək.Özüm ağır yataq xəstəsiyəm yeriyə bilmirəm. Maddi durumum çox aşağıdır. Heç bir gəlir yerim də yoxdur. Cənab Prezident, son ümid yerimiz sizsiniz. Yaşadığım Goranboy rayonunda ŞƏHİDLƏRƏ hörmət olunmur problemləri ilə maraqlanan yoxdur. Siz dəfələrlə çıxışlarınızda qeyd etmisiniz ki, şəhid ailələri və övladlarının problemləri dinlənilsin və yerində həll olunsun.
Hörmətli cənab Prezident!
Yuxarıda qeyd olunanları və ŞƏHİD anası olmağımı nəzərə alaraq, qanunsuz zəbt olunmuş şəhid oğlumun adına olan mağazamızın alınaraq mənə verilməsinə köməklik etmənizi Sizdən xahiş edirəm.
Ümid edirəm ki, bu müraciətimdən sonra şəhid oğlumun adına olan mağazamızın alınıb bizə qaytarılmasına köməklik olunması üçün müvafiq qurumlara tapşırıqlarınızı verəcəksiniz."














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.