Valideyin övladını ölümə (bəli ölümə, müharibənin bir ucu ölümdür) göndərəndə olur yaxşı vətəndaş, mərd insan, problemini dilə gətirəndə pis?- Səxavət Məmmədli yazır

21-12-2020, 17:37           
Valideyin övladını ölümə (bəli ölümə, müharibənin bir ucu ölümdür) göndərəndə olur yaxşı vətəndaş, mərd insan, problemini dilə gətirəndə pis?- Səxavət Məmmədli yazır
Teref.az olaraq hərbi jurnalist Səxavət Məmmədlinin ürək ağrısı ilə qələmə aldığı yazını təqdim edirik:
Əsgər döyüşəndə, tapşırıq yerinə yetirəndə, əmr icra edəndə, yaralanada, şəhid olanda olur yaxşı oğlan, problemin deyəndə, pis?
Valideyin övladını ölümə (bəli ölümə, müharibənin bir ucu ölümdür) göndərəndə olur yaxşı vətəndaş, mərd insan, problemini dilə gətirəndə pis?
Bu nə yanaşmadır? Problemi boğmaqla həll olunmur, problemin yaranma səbəbini tapmaqla onu həll etmək olar.
Əsgərlərin 99 faizi Tolikə hansı gözlə baxır, bunu hamımız bilirik. Ancaq əsgərlər Tolkin canlı yayımına qatılıb, ailələrinin problemini həll etməyi xahiş edir. Heç dövlət qurumları bundan utanır?
Bəzi həyasız məxluqlar var ki, deyir, nazirlik əsgərləri hər şeylə təmin edib. Əgər elə idisə, bir elə generatorlar, maşın motorları, geyimlər, ərzaqlar, siqaretlər, çadırlar niyə əsgərə gedirdi? Və niyə əsgələr nazirliyin yox, camaatın göndərdiyindən istifadə edirdi? Müharibə edən ölkənin Müdafiə nazirliyi bütün bunları düşünməli və hazırlamalı idi. Əminəm ki, dövlət büdcəsindən bunlar üçün vəsait ayrılmışdı. Hanı o pullar?
Erməni postlarından bilirsiniz nə qədər ərzaq çıxırdı? Hərbçilərimiz deyirdi ki, bəlkə də bir aylıq yeməkləri var idi postlarda. Bizdə niyə yox idi? Əminəm ki, sənəd üzərində olub.
Bütün bunların qarşılığında, hələ də Müdafiə naziri çıxıb bir dəfə xalqa borcu olmadığı şeyi etdiyinə görə təşəkkür etməyib. Cəzalandırmağa gələndə isə maşallahları var.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.