TƏBİB-dən rüşvət ittihamlarına cavab: - "Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur"

21-12-2020, 18:21           
TƏBİB-dən rüşvət ittihamlarına cavab: - "Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur"
“Bu günlərdə koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya info@tabib.gov.az email ünvanına yaza bilərsiniz”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış sosial şəbəkədə paylaşdığı statusunda bildirib.

TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:

“Ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyəti ilə 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru