Gələn ilin dövlət büdcəsi məlum oldu - Gəlir və xərc
22-12-2020, 00:02
2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri isə 28 milyard 543 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, büdcə kəsri 3 milyard 116 milyon manat məbləğində gözlənilir.