NURİYEVİN YEGANƏ HƏDƏFİ PUL QAZANMAQDIR

2-02-2016, 10:19           
NURİYEVİN YEGANƏ HƏDƏFİ PUL QAZANMAQDIR
Hacıömər Nuriyev rayon səhiyyəsini biabırçı duruma salıb

Balakən Mərkəzi Xəstəxanasında biabırçı vəziyyət yaşanır.Baş həkim Hacıömər Nuriyevin «gərgin əməyi» sayəsində baş verən proseslər isə yerli camaatın canını boğazına yığıb.

Məlumatlara görə, Nuriyevin əsas hədəfi pul qazanmaqdan ibarətdir və o səbəbdən də xəstənin vəziyyəti onu maraqlandırmır. Elə bu səbəbdəndir ki, Balakən Mərkəzi Xəstəxanasında durum vahiməli şəkil alıb və insanlar nə edəcəklərini bilmirlər. Çünki ölüm ayağında olsalar belə baş həkimin haqqı çatmadan bir ədəd dərman da ala bilməzlər.

Hacıömər Nuriyevin tender işlərindən də yaxşıca başı çıxır. Məsələn, onun təmir-tikinti işləri üçün aldığı 25 min manatın heç 1000 manatı təyinatı üzrə xərclənməyib. Və ya əlavə olaraq tikinti işləri üçün ayrılmış 7400 manatın da aqibətindən xəbəri olan yoxdur.

Baş həkimin sayəsipdə bərk inventarların satın alınmasına ayrılmış 40115.28 manatın isə heç yarası təyinatı üzrə xərclənməyib. Eyni aqibətlə, digər maşın və avadanlıqların satın alınması üçün ayrılmış 28508.8 manat və avadanlıqların satın alınması üçün ayrılmış 18042.2 manat da üzləşib.

Balakən Mərkəzi Xəstəxanasına növbəti dəfə yumuşaq inventarların satın alınması üçün 20 min manat xərcləndiyi sənədləşdirilsə də, həmin pula baş həkimin özünə maşın aldığı deyilir. İddia olunur ki, dəftərxana xərcləri üçün ayrılmış 18200 manat da avtomobil alınmasına sərf olunub.

Hacıömər Nuriyevin sonuncu əməliyyatı isə ərzaq alınması üçün ayrılmış 49957 manatla bağlı olub. Demokratiya.info-ya verilən məlumata görə, baş həkim bu pulun böyük bir qismini özünə götürüb. Elə buna görədir ki, Balakəndə xəstəxanaya düşənlər evlərindən yemək gətirmək məcburiyyətində qalırlar. \Demokratiya.info\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.