Pensiyalarla bağlı dəyişikliklər olacaq – Təfərrüat

23-12-2020, 08:03           
Pensiyalarla bağlı dəyişikliklər olacaq – Təfərrüat
"Əmək pensiyaları haqqında" qanuna bir sıra ciddi dəyişikliklər təklif olunub.

Yeniliklərə pensiya təminatında sığorta sisteminin gücləndirilməsi, təyinatda ünvanlılığın artırılması və qarışıqlığın aradan qaldırılması, həmçinin lazım olan əmək stajının müddətinin çoxaldılması aiddir. Bir sözlə, pensiyaların həm təminatı, həm də təyinatı prosesində keyfiyyət yüksəlir.

Bəzi kateqoriyadan olan pensiyaçılara isə əlavə ödənişlər dayandırılacaq.

Bundan başqa, pensiyaya dair müraciətləri artıq heç yerə getmədən, rahat şəkildə evdən yönləndirmək mümkün olacaq.

Nəzərdə tutulan dəyişikliklər yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. /Xezerxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru