“Azəristilik”lə bağlı prezidentə şikayət - NARAZILIQ VAR...

2-02-2016, 13:00           
“Azəristilik”lə bağlı prezidentə şikayət - NARAZILIQ VAR...
“Azəristiliktəchizat” ASC paytaxt sakinlərini soyuqda dondurur.
TİA.AZ-a müraciət edən şikayətçi istilik problemini həll edə bilmədiklərini deyib. Bina sakinləri son çıxış yolunu prezidentə müraciət etməkdə görüblər.
Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1, mənzil 5-də yaşayan Qasımov Qəhrəman Şəmil oğlunun məktubunu olduğu kimi təqdim edirik:
“Hörmətli Cənab Prezident, təəssüflər olsun ki, ən kiçik problemlər belə aşağı vəzifə sahibləri tərəfindən həll olunmadığına görə məcburiyyət qarşısında qalıb sizə müraciət etməli olmuşuq. Sizin dəfələrlə “məmurlar əhaliyə xidmət etməlidirlər, vətəndaşlarla mədəni davranmalıdırlar” çağırışlarınıza baxmayaraq, bəzi məmurlar təəssüflər olsun ki, bu tapşırıqları dərk edə bilmirlər”.
“Cənab prezident, artıq bir aydır ki, yaşadığımız binada bəzi mənzillərə və həmçinin biz yaşadığımız mənzilə istilik verilmir. Bununla əlaqədar “Azəristilik”in qaynar xəttinə dəfələrlə zəng etsək də, Nəsimi rayon istilik idarəsinə dəfələrlə müraciət etsək də bu problem həll olunmayıb. Nəsimi rayon istilik idarəsi problemi həll etmək əvəzinə, normal məmur davranışının əksinə olaraq vətəndaşlarla kobud rəftar edir və vətəndaşları dinləmək belə istəmir”.
“Sizdən xahiş edirik, məmur laqeydliyinə son qoyulsun və mənzilimizə istilik verilməsi tezliklə bərpa olunsun. Əvvəlcədən minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.