“Səhiyyədə rüşvət çoxalıb, xalqın dərisini soyurlar” - Ekspert

24-12-2020, 07:48           
“Səhiyyədə rüşvət çoxalıb, xalqın dərisini soyurlar” - Ekspert
“Bu dəfəki virus dalğası bütün dünyada, o cümlədən bizdə də çox ağır keçir. Hələ də məsələyə ciddi yanaşmayanlar var, ölümlər artır, genofondumuz zədələnir”.
Bu fikirləri əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.
O, qeyd edib ki, “TƏBİB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb:
“Aydın görünən budur ki, bizdə ayrı-ayrı bilikli və fədakar həkimlər olsa da, ümumən ölkənin səhiyyə sistemi bərbad gündədir, yoluxmuş xəstəyə gün ağlayacaq güvənli mexanizm yoxdur. Əvvəldən yaxşı başlamış “TƏBIB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb. Ən acınacaqlı vəziyyət dərman satışı sahəsindədir, bu sahəni monopoliyaya götürmüş işbazlar zəruri dərmanları əl altından satmaqla xalqın dərisini soyurlar. Mən imkansız adamların dərman sarıdan necə əziyyət çəkdiyini görürəm. Sanki mərhəmət hissi qeybə çəkilib. Ümid peyvəndə və hökumətin vəziyyətə dərhal təsirli müdaxiləsinədir”.gundelikbakı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru