“Elman Rüstəmovun hökumətə istinad etməsi məni bir qədər narahat edir” – Əkrəm Həsənov
25-12-2020, 00:09
“Mərkəzi Bankın sədri hörmətli Elman Rüstəmov bu gün deyib ki, "Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz." Optimizmi mən də bölüşürəm, amma, sadəcə, Elman müəllimin hökumətə istinad etməsi məni bir qədər narahat edir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov bildirib ki, devalvasiya haqqında qərarı hökumət deyil, Mərkəzi Bank verir: “Mərkəzi Bank isə hökumətin tərkibinə daxil deyil, müstəqil qurumdur... Allah bizi qorusun!”