“Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb” - Anar Məmmədov

25-12-2020, 23:03           
“Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb” - Anar Məmmədov
Bu il STAR götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirə bilib

2020-ci ildə müxtəlif amillərin (COVID-19, ticarət müharibələri və s.) təsiri ilə bazar şərtləri əlverişli olmasa da, STAR neft emalı zavodu aşağı gəlirli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub.

AYNA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, bu il STAR götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirə bilib.

"Petkim” və STAR-ın kreditlərinin ödənilməsində heç bir problem yaşanmayıb. Gələn il də ödənişləri vaxtında həyata keçirəcəyik”, - A.Məmmədov qeyd edib.

O əlavə edib ki, neft emalı zavodunun inşası üçün cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon ABŞ dolları ödəniş həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru