Daha 15 müəssisədən Rusiyaya pomidor ixrac ediləcək
30-12-2020, 03:42
"Rosselxoznadzor” Azərbaycanın 15 müəssisəsindən pomidor idxalına icazə verib.
Sfera.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) 28 dekabr tarixində aparılan danışıqların nəticələrinə əsasən, təqdim edilmiş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli təşkilatının zəmanətlərinə güvənərək, 2021-ci il yanvarın 1-dən etibarən 2020-ci ildə Cənubi Amerika pomidor güvəsinin aşkarlanmadığı rayonlarda fəaliyyət göstərən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.