Bizə təklif olunan Çin peyvənin effektivliyi nə qədərdir?

30-12-2020, 03:34           
Bizə təklif olunan Çin  peyvənin effektivliyi nə qədərdir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, "Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq. Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir. Daha sonra Qubad ibadoğlu deyir:
Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.
Dünyanın aparıcı mətbu orqanları “Sinovac” peyvəndinin sınağı barədə belə yazırlar. Braziliyanın Butantan İnstitutu "Sinovac" peyvəndinin analizi üçün 151 infeksiya sınağından əldə etdiyi nəticələrin elanını 3 dəfə təxirə salıb. Onların açıqladığı son məlumata görə, bu peyvəndin effektivlik səviyyəsi 50% və 90% arasındadır. "Sinovac"ın İndoneziyalı ortağı Bio Farmın 1700 könüllünün iştirak etdiyi sınağının ilkin nəticələrinə görə, peyvəndin effektivlik səviyyəsi yüzdə 97-dir. Bir neçə gün əvvəl,
Türkiyə peyvəndin təsir dərəcəsinin yüzdə 91,25 olduğunu açıqlayıb. Türklərin araşdırması 1322 iştirakçıdan alınan nəticələrə əsaslanır.
Birləşmiş Ərəb Əmirlikləri Sinopharm peyvəndlərinin “infeksiyalara qarşı yüzdə 86 təsirli olduğunu” açıqlasa da söhbətin konkret olaraq hansı növ peyvənddən getdiyinini bildirməyib. Belə ki, "Sinovac" Sinopharmın istehsal etdiyi 2 peyvənddən biridir.
Çin Afrikaya peyvəndlərin göndərilməsi və paylanması üçün soyuq zəncirli körpü yaratmağı planlaşdırır. Hazırda Çinin vaksinlərinə Pakistan, İndoneziya, Çili, Braziliya, Türkiyə daha çox maraq göstərir.
Çinin marağı isə peyvənd diplomatiyası vasitəsilə daha çox ölkələrə peyvənd satmaqdır.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru